Kaliforniya ştatının Los-Anceles dairəsində dördüncü gündür ki, meşələrdə genişmiqyaslı yanğın başlayıb və güclü külək səbəbindən sürətlə əhalinin məskunlaşdığı ərazilərə yayılıb.
Yanğınlar nəticəsində azı 10 nəfər həlak olub. On minlərlə yerli sakin təbii fəlakət bölgəsindən təxliyə edilib.
CNN-in məlumatına görə, yanvarın 9-da günün sonuna qədər yanğınsöndürənlər beş rayonda yanğının yayılması ilə mübarizə aparırdılar. Yanğın artıq 10 mindən çox ev və digər tikililəri məhv edib.
Pasifik – Paliseyds bölgəsi ən çox zərər çəkib.