Məcburi Köçkünlərlə İş üzrə Agentliyin yaxınlığında özünü yandırmaq istəyən şəxs ölüb – Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 27-də Tamaraşvili küçəsində, Məcburi Köçkünlər Agentliyinin binası yaxınlığında özünü yandırmağa cəhd edən şəxs Xeçinaşvili Klinikasında 5 gün müalicə olunduqdan sonra dünyasını dəyişib. 

“44 yaşlı Zamir Kvekveskirinin həyatını xilas etmək üçün Simon Xeçinaşvili adına Universitet Klinikasının həkimləri 5 gün ərzində fədakarlıqla mübarizə aparıblar.

Yanvarın 27-də Zamir Kvekveskiri bədəninə ağır xəsarət yetirib. O, tibb müəssisəsinə aparılıb, lakin həkimlərin səyinə baxmayaraq, təəssüf ki, dünyasını dəyişib”, – nazirliyin məlumatında deyilir. 

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə istintaq başlayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Devidzenin vəkilinin sözlərinə görə, məhbus döyülüb – rejim polisi ona iki dəfə fiziki təzyiq göstərib

Növbəti Məqalə

“Azadlıq Uğrunda” Tələbə Hərəkatı bəyanat yayıb

Oxşar Xəbərlər