Mən müharibəyə başlamayacağam, müharibələri dayandıracağam, – bu sözlər, son məlumata görə, artıq kollegiyanın 277 səsini toplayan və buna görə də seçkilərdə qalib gələn Donald Trampın tərəfdarlarına ünvanlanıb. Tramp Amerikanın gələcəyinin daha böyük, daha cəsarətli, zəngin və təhlükəsiz olacağını vəd edir.
„Mən müharibələrə başlamayacağam, müharibələri dayandıracağam. Biz Senat üzərində nəzarəti bərpa etdik. Biz Nümayəndələr Palatasında da nəzarəti saxlayacağıq. Biz Amerikanı birinci yerə qoymaqla başlamalıyıq, ölkəmizi birinci yerə qoymalıyıq, bir müddət də olsa, onu düzəltmək lazımdır. Siz məyus olmayacaqsınız. Amerikanın gələcəyi heç vaxt olmadığı qədər böyük, daha yaxşı, daha cəsarətli, daha zəngin, daha təhlükəsiz və güclü olacaq” – Tramp bildirib.