Mədəniyyət xəzinəmizi zənginləşdirən Bidzina İvanişviliyə təşəkkür edirik – II İliya

Mədəniyyət xəzinəmizi zənginləşdirən Bidzina İvanişviliyə təşəkkür edirik – II İliya
Gürcüstan Pravoslav Kilsəsinin katolikos-patriarxı “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin Londonda Christie’s auksionunda İoan Zosimenin 979-cu ilə aid əlyazmasını almasına münasibət bildirib.
II İliya Patriarxlığın rəsmi saytında dərc olunmuş məktubunda “bir çox dünya işləri ilə yanaşı, mədəni xəzinəmizi ən mühüm əlyazma ilə zənginləşdirən” Bidzina İvanişviliyə təşəkkür edir.
„Bir çox işləri ilə yanaşı, mədəni xəzinəmizi də bu, ən mühüm əlyazma ilə zənginləşdirən cənab Bidzina İvanişviliyə xüsusi təşəkkürümüzü bildiririk.
Allah onun bu böyük xeyriyyəçiliyini müqəddəs kilsəmizin və Vətənimizin rifahı naminə bərəkətli etsin”, – deyə patriarxın məktubunda deyilir.
Bidzina İvanişvilinin əlyazmanı alması barədə məlumatı iyunun 11-də “Gürcü arzusu”nun İctimaiyyətlə Əlaqələr Xidmətinin nümayəndəsi Qiorgi Qrdzelişvili yayıb.
Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Rusiya qanunlarının tərəfdarları üçün diskomfort yaratmaq prosesi davam edir.

Növbəti Məqalə

Bokeriya „Gürcü Arzusu”na: Xəyanət hesabına hakimiyyəti saxlamaqdan başqa, ideologiya sizi narahat etmir

Oxşar Xəbərlər