Gürcüstanın Xalq Müdafiəçisi “Batumidə iki azyaşlı uşağın faciəvi ölümünə görə dərin kədər və başsağlığı bildirir”. Ombudsman aidiyyəti qurumları təqsirkar şəxslərin müəyyən edilməsi və qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün operativ və obyektiv araşdırma aparılmasını təmin etməyə çağırır.
“Ailələrinə, yaxınlarına və bütün Gürcüstana başsağlığı veririk. İnsanların həyatı və sağlamlığı üçün təhlükəsiz mühitin yaradılması dövlətin əsas vəzifəsidir. Uşaqların həyatının və rifahının qorunması isə dövlətin əsas prioriteti olmalıdır. Bu faciə bir daha dövlətin şəhərsalma üzrə məsuliyyəti öz üzərinə götürməli, ictimai yerlərin təhlükəsizliyini təmin etməli və oxşar faciəvi halların qarşısını almaq üçün onlara daim nəzarət etməlidir.
Xalq müdafiəçisi bir daha mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir və aidiyyatı qurumlara müraciət edir:
Məsul şəxslərin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə araşdırmanın operativ və obyektiv aparılmasını təmin etmək;
İctimai yerlərdə və tikinti-infrastruktur layihələrində təhlükəsizlik normalarına əməl olunması üçün effektiv qabaqlayıcı və cavab mexanizmlərini işləyib hazırlamaq” – dərc olunan bəyanatda deyilir.