Dindirilmək üçün prokurorluğa çağırıblar – Mamuka Xazaradze yazır.
“Güclü Gürcüstan”ın lideri Mamuka Xazaradze dindirilmək üçün prokurorluğa çağırılıb – müxalifət lideri bu barədə sosial şəbəkədə yazır.
Xazaradze deyir ki, o, prokurorluğa seçki saxtakarlığına dair sübutlarla gedəcək.
“Məni Baş Prokurorluq çağırıb, şahid kimi dindirməyə çağırırlar, seçki saxtakarlığı ilə bağlı sübutlarla gedəcəm, görək Bidzinanın itaətkar prokurorluğu necə davranacaq.
Biz hər yerdə qalib gələcəyik!!
Bu gün saat 3-də Apellyasiya Məhkəməsində görüşürük, mübarizə davam edir”, – Mamuka Xazaradze yazır.