“Məqsədimiz repressiya, zorakılıq, hədə-qorxuya görə məsuliyyət daşıyanları cəzalandırmaqdır” – Herçinski

Bizim məqsədimiz Gürcüstanın gələcəyini müdafiə edən gürcü xalqına zərər vermək deyil, repressiya, zorakılıq və hədə-qorxuya görə məsuliyyət daşıyanları cəzalandırmaqdır – deyə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

Diplomatın şərhi Avropa İttifaqı Şurasının gürcü diplomatları və rəsmiləri üçün vizasız gediş-gəlişi dayandırmaq qərarına cavabdır.

Pavel Herçinski Gürcüstanda baş verənlərdən sarsıldığını gizlətmir.

O bildirib ki, gürcülərin özləri və uşaqları üçün necə daha yaxşı gələcək tələb etdiyini hər kəs görür.

“Biz onları hər gecə Rustaveli prospektində görürük, özləri və uşaqları üçün daha yaxşı gələcək tələb edirlər.

Biz gürcü xalqının yanındayıq. Biz həmçinin hədə-qorxu, zorakılığı pisləyirik və insanların döyülməsi, o cümlədən media nümayəndələrinə qarşı zorakılıq və maskalı şəxslər tərəfindən insanlara qarşı zorakılıqdan şokdayıq. İki aydır küçələrdə baş verən zorakılıq bizi şoka salıb.

Biz Gürcüstanın tənəzzülünü görürük və bu, bizə təsirsiz ötüşməyəcək.

Avropa İttifaqı diplomatik pasportları məhdudlaşdırmaq qərarına gəlib, yəni hökuməti təmsil edənlər Avropaya səyahət etmək istədikləri təqdirdə viza doldurmalı olacaqlar. Məqsədimiz Gürcüstanın gələcəyini müdafiə edən gürcü xalqına zərər vermək deyil, repressiyalara, zorakılıqlara, hədə-qorxulara görə məsuliyyət daşıyanları cəzalandırmaqdır. Buna görə də biz belə qərar verdik”, – Herçinski deyir.

Xatırladaq ki, dünən Avropa İttifaqı Şurası Gürcüstanın diplomatik və xidməti/rəsmi pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Aİ ölkələrinin diplomatik pasportlara malik bir neçə gürcünü “qara siyahıya salması” kifayət deyil – Royten

Növbəti Məqalə

Gürcüstan Belarus kimi olacaq – İsveç parlamentarisi

Oxşar Xəbərlər