Fransa prezidenti Emmanuel Makron martın 15-də Böyük Britaniyanın baş naziri Keir Starmerin rəhbərlik etdiyi onlayn iclasda iştirak etdikdən sonra Le Parisien-ə Ukrayna məsələsi ilə bağlı danışıb.
Görüşdə Ukraynanın gələcək sülhünə töhfə verməyə hazır olan ölkələrin birinci şəxsləri iştirak edib.
Makron bildirib ki, 30 günlük atəşkəs təklifi “Ukraynaya təzyiqi aradan qaldırıb və onu Rusiyaya keçirib”.
“Rusiya atəşkəsin Ukrayna ordusu üçün fasilə olacağını deyəndə, açıq şəkildə deyir ki, [münaqişəyə] qayıtmaq və daha da irəli getmək istəyir”. – Fransa Prezidenti bildirib.
Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsinə gəlincə, Makron qeyd edib ki, məqsəd böyük ordu göndərmək deyil. “Ukrayna bu gün Avropanın ən böyük ordusuna malikdir”. – o dedi.
Onun sözlərinə görə, “strateji nöqtələrdə təlim proqramları üçün hər ölkədən bir neçə min əsgər göndərməyi” nəzərdən keçirir.
Le Parisien nəşri yazır ki, Kiyev, Odessa və Lvovda əsgərlərin yerləşdirilməsi müzakirə olunur. “Məqsəd uzunmüddətli dəstək göstərməkdir”. – Makron bildirib.
Onun sözlərinə görə, Ukrayna suveren dövlətdir və əgər o, müttəfiq qüvvələrin öz ərazisində olmasını tələb edirsə, “bu, Rusiya tərəfindən həll olunmur”.