Makron, Şolz və Tusk-un Gürcüstanla bağlı bəyanatı

Makron, Şolz və Tusk Gürcüstan hökumətini kursunu dəyişməyə və islahatlar aparmağa çağırır

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Polşanın baş naziri Donald Tusk Gürcüstandakı mövcud siyasi vəziyyətlə bağlı birgə bəyanat yayıblar.

Veymar üçbucağı formatı çərçivəsində verilən birgə bəyanatda Fransa, Almaniya və Polşa liderləri yazır ki, ölkədə islahatlar aparılmasa, Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı dialoqun başlanmasına dəstək verə bilməzlər.

“Gürcüstan indiki yolunu dəyişməyincə və nəzərəçarpacaq islahatların aparılması, xüsusən də Avropa dəyərlərinə və prinsiplərinə zidd olan bu yaxınlarda qəbul edilmiş qanunvericiliyi geri götürməyincə, biz Gürcüstanla üzvlük danışıqlarının başlamasının tərəfdarı olmayacağıq”. – Fransa, Almaniya və Polşa liderləri bildiriblər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

DTX-də dövlət çevrilişi ilə bağlı araşdırma davam edir

Növbəti Məqalə

Prokurorluq MSK-ya bəraət qazandırmağa çalışır?

Oxşar Xəbərlər