“Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze „Xalq Parlamenti” ideyası ilə çıxış edir. Onun sözlərinə görə, bu parlamentin fəxri sədri prezident Salome Zurabişvili olmalıdır.
Onun fikrincə, “Xalq Parlamenti”nin nümayəndə heyəti Qərblə əsas danışıqlar aparan şəxs olmalıdır.
O, sosial şəbəkədə bəyanat yayıb:
- Coğrafi olaraq müxtəlif yerlərdə, Tbilisidə və Gürcüstanın hər yerində müxtəlif formalarda daimi küçə etirazlarının davam etdirilməsi;
- Parlamentin qeyri-legitimləşdirilməsi, bu da müxalifətdən seçilmiş deputatların mandatların fərdi qaydada təhvil verilməsi ilə bağlı bəyanatlarında özünü göstərir. Həmçinin, 4 müxalifət partiyası tərəfindən seçki siyahılarının çıxarılması ;
- Müxalifət tərəfindən seçilmiş parlament üzvləri tərəfindən “Xalq Parlamenti”nin formalaşdırılması, Prezident Zurabişvilinin “Xalq Parlamentinin” fəxri sədri kimi dəvət edilməsi, real, milli siyasi mərkəzin yaradılması,
- “Xalq Parlamenti”nin fəaliyyət planının hazırlanması
- Qərbli dostlarımıza “Xalq Parlamenti”nin nümayəndə heyətinin göndərilməsi və onların dəstəyinin gücləndirilməsi.