“Birlik Milli Hərəkatı” koalisiyası “Güclü Gürcüstan”ın mandatların eyni vaxtda ləğvi ilə bağlı təşəbbüsünü alqışlayır. Levan Bejaşvilinin sözlərinə görə, onların koalisiyası parlamentin tanınmamasını təşviq edəcək bütün təşəbbüsləri dəstəkləyəcək. Koalisiya hesab edir ki, müxalifət “Gürcü arzusu”na qarşı birləşməyin yollarını axtarmalıdır.
“Dəyişiklik naminə” koalisiyasında da “Güclü Gürcüstan”ın təşəbbüsü müzakirə olunur.
Qaxariya komandasına gəlincə, “Gürcüstan naminə” partiyası “Güclü Gürcüstan” təşəbbüsünə qoşulmayacaqlarını bildirir. Beredia Siçinavanın sözlərinə görə, onlar parlamentin legitimliyini təmin edəcək addımlar atmayacaqlar, amma müxalifətin “rituallarında” da iştirak etmək istəmirlər.
“Güclü Gürcüstan” qərbyönlü müxalifətə birgə fəaliyyət təklif edir. Müxalifət birliyində artıq qərara alınıb ki, koalisiyanın bütün üzvləri yalnız parlament fəaliyyətə başladıqdan sonra deputat mandatlarından rəsmən imtina edəcəklər. Yəni müxalifətdən olan deputatların heç biri heç bir gündə parlamentə daxil olmayacaq və qanuna uyğun olaraq mandatlarından imtina ediləcək. Mamuka Xazaradze bütün qərbyönlü qüvvələrə təklif edir ki, siyahıların və mandatların ləğvi ilə bağlı müvafiq qurumlara eyni vaxtda müraciət etsinlər və proses Gürcüstan prezidenti ilə razılaşdırılsın.