Rustavi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi tamah və xüsusi amansızlıqla qrup şəklində, qəsdən adam öldürmədə təqsirli bilib və 20 il müddətinə azadlıqdan məhrum edib.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs avtomobili ələ keçirmək məqsədilə biri azyaşlı olmaqla, iki cinayət ortağı ilə birlikdə taksi sürücüsünün baş nahiyəsinə çoxsaylı bədən xəsarətləri yetirib. Onu“ip”lə boğublar. İzləri gizlətmək üçün meyit Marneuli bələdiyyəsinin Qırıxlı kəndi ərazisinə aparılaraq basdırılıb, sonra isə mərhumun avtomobilini ələ keçiriblər. Hadisə 2023-cü il mayın 20-də Tetritskaro bələdiyyəsinin Marabda kəndində baş verib.
Qeyd edək ki, məhkəmə artıq adı çəkilən cinayət işi üzrə azyaşlı da daxil olmaqla iki təqsirləndirilən şəxsi təqsirli bilib, birini 20 il, azyaşlı isə 12 il müddətinə azadlıqdan məhrum edib.