Bu gün, yanvarın 24-də Xalq Müdafiəsi İdarəsinin əməkdaşı Mariam Moşeşvilinin məhkəməsi keçirilib. Şəhər Məhkəməsi onu dekabrın 10-da Rustaveli prospektində yolu bağlamaqda ittiham edir.
Müttəhim Moşeşvili bildirir ki, onun hərəkətləri qanunsuz olmayıb. Onun izahatına görə, o, toplanma yerinə çatanda artıq Rustaveli prospekti bağlanıb.
Hakim Lela Mildenbergerin qərarı ilə məhkəmə prosesi bir ay təxirə salınıb. Mariam Moşeşvilinin növbəti məhkəmə iclası fevralın 24-də keçiriləcək.