Marneulidə 3 nəfər həbs edilib

Marneulidə 3 nəfərdən “kriminal avtoritet”in göstərişi ilə pul tələb edilib.

Marneuli polisi bir qrup şəxsə külli miqdarda pul tələb etməkdə, köməklik göstərərək özgənin əmlakına zərər vurmağa cəhd etmə faktları üzrə 3 nəfəri həbs edib: 2000-ci il təvəllüdlü R.A., 2002-ci il təvəllüdlü F.B., əvvəllər məhkum olunmuşlar və 2001-ci il təvəllüdlü M.E həbs olundu. Onları 9 ilə qədər həbs gözləyir.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda xaricdə yaşayan qondarma kriminal avtoritetin tapşırığı ilə , Marneuli bələdiyyəsində sakinləri həyatlarını öldürməklə hədələyərək külli miqdarda pul tələb ediblər. Onların əmlakını məhv etmək məqsədilə avtomobili məhv etmək üçün “Molotov kokteyli” atılıb, təqsirləndirilən şəxslər digər vətəndaşın həyətinə hədə-qorxu məktubu və 3 ədəd patron atıblar”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanları hər üç şəxsi təqsirləndirilən şəxs qismində həbs edib. Polis patronları sübut kimi götürüb.  İstintaq Cinayət Məcəlləsinin 25-181 və 19-187-ci maddələri ilə aparılır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Birlik-Milli Hərəkat” koalisiyasının liderləri bu gün Laqodexiyə səfər edib

Növbəti Məqalə

Ukrayna Rusiyaya hücum edib

Oxşar Xəbərlər