Marneuli şəhərində bir yaşlı qadın səhətində ciddi problemlər olduğu üçün bir neçə saatdır ki, küçədə yerdə uzanıqli halda qalıb
Neytral.ge xəbər portalına Marneulinin bələdiyyə deputatı Nərgiz xanım Əliyeva qarşılaşdığı problemlə əlaqədar müraciət edib. Onun qarşılaşdığı durum hər bir insanın narahatlığına səbəb ola bilər, çünki burada bir insandan, Gürcüstan vətəndaşından, dövlət qurumlarının öz vətəndaşına verdiyi dəyərdən söhbət gedir.
Nərgiz xanımın bu gün gördüklərini sizlərə olduğu kimi təqdim edirik.
„Marneulidə küçədə bir yaşlı qadın yerdə uzanaraq xalqdan yardım istəyirdi. Hüquq-mühafizə orqanları və təəccili tibbi yardım artıq yerində idilər. Qadının səhətində ciddi problemlər var, ilk tibbi yardim göstərilib, ancaq artıq iki saatdır ki, buradayam, baxmayaraq ki, meriyaya da, başqa dövlət qurumlarına da xəbər vermişəm, heç kəs gəlməyib və vəziyyət olduğu kimi qalmaqdadır. Polis işçiləri qadının yaxınlarinı müəyyən etmək istəyirlər, tibbi yardımın əməkdaşları isə yalnızca boş-bekar burada dayanıblar. Bəs mer Kənan Ömarov, küçə-küçə düşüb səs dilənən Zaur Darğallı haradadırlar, niyə reaksiya vermirlər, sosial yardım qurumu bu işlə niyə məşğul olmur, niyə? Ona görə ki, bu hakimiyyət vətəndaşlara yox, yalnız şəxsi maraqlarına qulluq edir, xalq bunlar üçün yalnız sekçi resursudur, vətəndaşların hüquqlarını heç bir dövlət qurumu qorumur, budur iqtidar, budur 41 nömrə… Mən xalqımıza səslənirəm və demək istəyirəm ki,belə bir haldan hər kəs qarşılaşa bilər, heç kəs bu həyatda başına gələcəyini öncədən bilmir, ona görə də irəlidə bizi seçkilər gözləyir, bu seçkilərdə seçiminizi sizin və sizin övladlarınızın parlaq gələcəyə nail olması üçün edin, düzgün seçim edin, iqtidarın vətəndaşlarına verdiyi dəyər göz qabağındadır, bu qadının simasında iqtidarıla gələcəyinizi görə bilərsiniz”
Neytral.ge xəbər verir ki, verilən məlumatı araşdırıb, bu qadının gələcək talehi ilə maraqlanacağıq. Yeni məlumat əldə etdiyimiz an sizlərə təqdim edəcəyik.