Marneulidə kikboksinq üzrə turnir keçirilib

“Azərbaycan Evi”nin idman arenasında 27-28 fevral tarxində, “Nabiyev Cup” təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və “Azərbaycan Evi”nin birgə dəstəyi ilə kikboksinq üzrə turnir keçirilib.

Turnirin final mərhələsində Azərbaycanın Gürcüstandakı Səfriliyinin nümayəndələri Kamal Xəlilov, Seymur İlyaslı, Cavid Məhərrəmov, SOCAR-ın nümayəndəsi Tofiq Əliyev, “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov, Gürcüstan Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia və idman ictimaiyyətinin üzüvləri qatılıblar.

Fevralın 27-də strat götürən turnirə Gürcüstanın 13 regionundan 150-dən çox idmançı qatılıb.

“Nabiyev Cup”-un rəhbəri, Yeddiqat dünya və üçqat Avropa çempionu Alim Nəbiyev bildirib ki, Yarışda 30 kq-dan 91 kq-a qədər çəki dərəcəsində, 13 yaşdan 20 yaşadək idmançılar güclərini sınayıb. Azərbaycanlı və gürcü idmançılar arasında keçirilən qarşılaşmalar böyük maraqla izlənilib. O, bildirib ki, turnir Gürcüstanda kikboksinqin inkişafına və iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməyi hədəfləyib. A.Nəbiyev, təşkil olunan bu turnirin yalnız idman yarışması olmadığını, eyni zamanda gənclər arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O, əlavə edib ki, belə tədbirlərin davamlı keçirilməsi gənclərin sağlam həyat tərzi seçməsinə və iki xalq arasında daha güclü münasibətlərin qurulmasına zəmin yaradır.

Sonda qalib idmançılara kubok, diplom və medallar təqdim edilib.

Turnirdə yüksək səviyyədə iştirak edən məşqçilər “Qafqaz Arena”nın rəhbəri Yavər Məmmədova, Tofiq Əkbərova, Namiq Səfərova, İsfahan Əliyevə və digər məşqçilərə dərin təşəkkürmüzü bildiririk dəstək olduqları üçün dərin təşəkkürmüzü bildiririk.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Aviasiya niyə fəlakət zonasına çıxarılmadı – ekspertlər “Gürcu Arzusu”nu laqeydlikdə və korrupsiyada ittiham edirlər

Növbəti Məqalə

“O, özünü zəif hiss edir, hərəkət etməkdə çətinlik çəkir” – Temur Katamadzenin vəziyyəti pisləşib

Oxşar Xəbərlər