Marneulidə “Xocalıya ədalət” adlı sərgi və anım tədbiri keçirilib (Video Xəbər)

default

Fevralın 22-də Marneulidəki “Azərbaycan Evi”ndə #Xocalı Soyqırımı’nın 33-cü ildönümünə həsr olunmuş “Xocalıya Ədalət” adlı fotosərgi və anım tədbiri keçirilib.

“Azərbaycan Evi”nin və AZƏRTAC-ın birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin nümayəndələri, QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, gənclər, din və elm xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsindən bəhs edən sərgiyə baxıblar.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov tədbiri açdıqdan sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
M.İmanov çıxış edərək Xocalı soyqırımının baş vermə səbəbləri, acı nəticələri barədə ətraflı məlumat verib. Bildirib ki, Xocalı faciəsi insanlığa qarşı törədilmiş qatı cinayətdir. O, Gürcüstandakı soydaşlarımız Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edirlər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Kamal Xəlilov çıxış edərək Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli Liderimizin 1994-cü il 1 mart tarixli xüsusi Fərmanı ilə hər il fevral ayının 26-sı “Xocalı soyqırımı və milli matəm günü” elan olunub.
Azərbaycan dövləti Xocalı soyqırımına dünyada hüquqi- siyasi qiymət verilməsi istiqamətində fəal iş aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində artıq dünyanın 50-dən çox ölkəsinin parlamentində Xocalı faciəsinin soyqırımı kimi tanınıb, bu istiqamətdə işlər davam etdirilir.

Diplomat 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini, bununla da şəhidlərimizin qisasının alındığını xüsusi qeyd edib.

Tədbirdə Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi Uğur Tahnal deyib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş qatı cinayətdir. Türkiyə xalqı da qardaş Azərbaycan xalqının yanındadır və şəhidlərimizin xatirəsi hər zaman ehtiramla yad edilir.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan Nümayəndəliyinin rəhbəri Məhəmməd Şamilov şəhidlərin ruhuna dualar oxuyub. Faciə ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, heç kim bu faciəni unutmamalıdır.

Sabiq deputat Azər Süleymanov deyib ki. Bu faciəni baş verməsindən 33 il keçsə də onun ağrı acısı unudulmur. O deyib ki, ermənilər guya 100 iı bundan qabaq “erməni soyqırımı” törədilməsi barədə iddia irəli sürüb. Dünyanın bəzi ölkələrində bu qondarma soyqırımı iddiaları dəstəklənsə də cəmi 33 il əvvəl baş vermiş Xocalı soyqırımı barədə danışmırlar. O bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib.

Sabiq millət vəkili Ruslan Hacıyev çıxışında deyib ki, şanlı Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında tarixdə görünməyən bir qələbə qazanıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edib, şəhidlərimizin qisasının alıb.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxışında Xocalı soyqırımı barədə fikirlərini bölüşüb. Bildirib ki, Xocalı faciəsi dünya hərb tarixində misli görünməmiş bir soyqırımıdır.

Xocalı əsilli Marneuli sakini Gülnaz Çıldırlı çıxış edərək Ana yurdu Xocalıda baş verənlər barədə xatirələrinibölüşüb. O Azərbaycan Prezidentinə torpaqlarımızı işğaldan azad edildiyin görə ailəsi adından minnətdarlıq edib.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov çıxışında tədbirin təşkilinə göstərdikləri dəstəyə görə “Azərbaycan Evi”nə və ADDF-nin rəhbərliyinə təşəkkürünü bildirib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, Böyük qayıdış layihəsi çərçivəsində artıq insanlar öz doöma yurd yuvalarına, o cümlədən də Xocalıya qayıdırlar.

Digər çıxış edənlər də Xocalı faciəsi barədə fikirlərini bölüşüb, şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Sonra tədbirdə Esmira Ələkbərlinin “Nəfəs Fasiləsi” adlı hekayəsi əsasında hazırlanmış eyni adlı tamaşa nümayiş etdirilib.

E.Ələkbərlinin quruluş verdiyi tamaşadakı rolları Qaçağan kənd 2 saylı ictimai məktəbinin şagirdləri ifa ediblər.

“Azərbaycan Evi”nin, AZƏRTAC’ın və ADDF-nin adından şagirdlərə təşəkkürnamə verilib.

Sonda ehsan süfrəsi təşkil olunub.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Gürcü arzusu” rejimi tərəfdaşlar tərəfindən tanınmır – Bokuçava

Növbəti Məqalə

Amerika Gürcüstanın azadlıqsevər xalqının yanındadır- Respublikaçı konqresmen

Oxşar Xəbərlər