Marneulidə daha bir iş adamının avtomobili yandırılıb

Marneulidə daha bir iş adamının avtomobili yandırılıb. Hədə-qorxu ilə pul qoparmağa kömək edən və özgənin əmlakına ziyan vuran 3 nəfər tutulub.

Marneulidə daha bir pul tələb etmə və avtomobil yandırma hadisəsi baş verib. “Mtavari” kanalının məlumatına görə, bir neçə gün əvvəl iş adamından “Oğrular dünyası”nın üzvləri pul tələb edib və o, imtina etdikdən sonra avtomobilini yandırıblar. Hadisəni qurbanın yaxınları təsdiqləyir. Kanal Dünən Marneulidə yerli sakinlərdən birinin iki avtomobilinin yandırıldığını bildirib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hədə-qorxu ilə külli miqdarda pul almağa köməklik edən, habelə özgənin əmlakına ziyan vuran 3 nəfər tutulub.

Həbs olunanlar: 1990-cı il təvəllüdlü N.B., 1993-cü il təvəllüdlü T.N. və 1998-ci il təvəllüdlü R.B 

„İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər xaricdəki kriminal avtoritetlərə külli miqdarda pul qoparmaqda köməklik ediblər. Həbs edilənlər onların adından müxtəlif vaxtlarda vətəndaşlardan öldürəcəkləri və əmlaklarını məhv edəcəkləri ilə hədələyərək külli miqdarda pul istəyiblər, rədd cavabı aldıqdan sonra vətəndaşları qorxutmağa və əmlaklarına ziyan vurmağa cəhd ediblər.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları N.B., T.N. və R.B.-ni təqsirləndirilən şəxs qismində həbs edib”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 25-181 və 187-ci maddələri ilə aparılır.  Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Biz Rusiyaya cavab verməyə hazırlaşırıq – Zelenski

Növbəti Məqalə

Pavel Durova qarşı rəsmi ittiham irəli sürüb

Oxşar Xəbərlər