Martın 16-na keçən gecə daha bir avtomobil Metexi körpüsündən aşıb. Məlumatı Fövqəladə İdarəetmə Xidməti təsdiqləyib. Qəzadan sonra xilasedicilər və vətəndaşlar tərəfindən çıxarılan avtomobildə bir nəfər olub.
DİN-dən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı (yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma) maddəsi ilə istintaq başlanılıb.
Məlumat üçün bildirək ki, bu, son 12 gündə üçüncü dəfədir ki, avtomobil Metexi körpüsündən Kür çayına düşür.
Martın 4-də Metexi körpüsündən avtomobilin aşması nəticəsində bir nəfər ölüb.
Martın 11-də eyni körpüdən avtomobil Kür çayına düşüb. Xilasedicilər 1 nəfəri xəsarət almadan avtomobildən çıxarıblar.