Etiraz aksiyasında həbs edilən 21 yaşlı Mate Devidzenin növbəti məhkəməsi fevralın 7-də keçiriləcək.
Devidzenin vəkili Tamar Ekunidzenin sözlərinə görə, yəqin ki, növbəti məhkəmə iclasında ittiham tərəfinin şahidi təqdim olunacaq.
“Məhkəmə baxışının birinci iclasında müdafiə və ittiham tərəfi giriş sözü ilə çıxış edib. Növbəti proses fevralın 7-də olacaq, ehtimal ki, orada ittiham tərəfinin şahidi təqdim olunacaq. Mate Devidzenin həbsində iştirak edənlərin, sübutları, şahidlərin ifadələrini artıq təqdim etmişik.
Mate Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə ittiham olunur, hansı ki, polis əməkdaşına qarşı zorakılıq, guya Mate Devidze 3 polis əməkdaşına fiziki xəsarət yetirib” – vəkil bildirib.
2003-cü il təvəllüdlü Mate Devidze noyabrın 19-da seçki saxtakarlığına qarşı etiraz aksiyası zamanı polis tərəfindən həbs edilib.