Maya Sandu prezidentliyə namizəd kimi qeydə alınıb

Neytral.ge xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası Maya Sandu prezidentliyə namizəd kimi qeydə alıb. Sandunun namizədliyi Fəaliyyət və Həmrəylik Partiyasından irəli sürülüb.

Moldovada prezident seçkiləri oktyabrın 20-də keçiriləcək. Həmin gün referendum keçiriləcək və burada əhali “Moldovanın Avropa İttifaqına daxil olması üçün konstitusiyaya düzəlişin tərəfdarısınızmı?” sualına cavab verəcək. 

Qeydə alınmış ikinci prezidentliyə namizəd Rusiyayönlü Moldova Sosialist Partiyası tərəfindən irəli sürülən Aleksandr Stojanoqlodur.

Stoyanoqlo 2019-cu ildən Baş Prokuror, lakin iki il sonra ona qarşı aparılan istintaqa görə vəzifəsindən azad edilib. O, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

6 Britaniya diplomatı Rusiyadan qovulub

Növbəti Məqalə

Kobaxidze: Bu tempi saxlasaq, 2030-cu ilə qədər yoxsulluq və işsizlik aradan qalxacaq

Oxşar Xəbərlər