Mdinaradze: Saakaşvili, Qvaramiya, Xazaradze və Qaxariya – bir əldən idarə olunan agentlikdir.
Mixail Saakaşvili, Nika Qvaramiya, Mamuka Xazaradze və Qiorqi Qaxariya bir əldən idarə olunan agentlikdir. Ona görə də ən azı ikisinin baryeri keçməyəcəyi böyük ehtimal olsa da, insanlar bilməlidirlər ki, bu 4 agentlik partiyasından hər hansı birinə verilən hər bir səs nəinki dinc və ləyaqətli sabahımız üçün, hətta ölkənin varlığına belə böyük təhlükədir.
Bu barədə partiyanın ofisində keçirilən brifinqdə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildirib.