Media: ABŞ və Rusiya nümayəndələri Səudiyyə Ərəbistanında görüş keçirəcək

Reuters-in məlumatına görə, Rusiya və ABŞ nümayəndələri yaxın bir neçə gün ərzində Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı görüş keçirəcəklər. Amerikalı konqresmen Maykl Makkal Reuters agentliyinə məlumatı təsdiqləyib. 

Dövlət Departamenti hələlik məsələyə münasibət bildirməyib. 

Ukrayna prezidentinin müşaviri Myxailo Podolyak Ukrayna mətbuatına bildirib ki, Ukrayna Səudiyyə Ərəbistanında planlaşdırılan görüşdə iştirak etmir.

“Danışıqlar masasında müzakirəyə dəyər heç nə yoxdur. […] Rusiya danışıqlara hazır deyil”, – Podolyak deyib.

ABŞ dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və Ağ Evin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff Səudiyyə Ərəbistanına səfər edəcək. Hazırda Rusiya tərəfini kimin təmsil edəcəyi məlum deyil. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Mən aidiyyatı qurumları obyektiv araşdırmaya çağırıram – İoseliani

Növbəti Məqalə

Aİ Nümayəndəliyi: 2 gəncin həyatını itirməsi ilə bağlı ailələrin kədərini bölüşürük

Oxşar Xəbərlər