Media: İsrail Hizbullahla daha uzun müddət atəşkəs əldə etməyə çalışır

İsrail mətbuatının verdiyi məlumata görə, İsrail, ABŞ-ın dəstəyi ilə Livanın Hizbullah rəhbərləri ilə razılaşdırılmış və yanvarın sonuna qədər qüvvədə olan atəşkəsi uzatmağa çalışır. İsrail mediası xəbər verir ki, ABŞ hazırda noyabrın sonunda Livanın radikal şiə hərəkatı Hizbullah ilə razılaşdığı 60 günlük atəşkəsi uzatmağa çalışır. “ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasından 6 gün sonra, yanvarın 26-da 60 gün başa çatsa da, Bayden administrasiyasının rəsmiləri problemləri həll etməyə və növbəti iki həftə ərzində atəşkəsin pozulmasının qarşısını almağa çalışır”, – Bazar günü, yanvarın 5-də, “The Jerusalem Post” qəzeti İsrail hökumətinin nümayəndəsindən aldığı məlumata istinadən xəbər verir.

Qəzetin mənbəsinin sözlərinə görə, söhbət atəşkəsin daha 30 gün uzadılması cəhdindən gedir. “The Jerusalem Post” xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu həmin gün təhlükəsizlik müşavirləri ilə görüşüb və yaranan vəziyyəti müzakirə edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Turizm sektorunda böhran – Gürcüstan avropalı turistlər üçün cəlbedici ölkələr siyahısından yoxa çıxır

Növbəti Məqalə

Rusiya qonşularına qarşı daha aqressivləşib – biz bunu Gürcüstanda gördük – Makron

Oxşar Xəbərlər