Moldova mətbuatının məlumatına görə, sərhəd polisi göndəriləcək bağlamalara baxış keçirərkən Kişinyov hava limanında partlayıcı qurğu aşkarlayıb. “Pulsmedia”ya xəbər verir ki, əşya Ukraynadan göndərilib və o, Kişinyovdan Tbilisiyə uçuşla aparılmalı idi.
“Sərhəd polisinin əməkdaşları gömrük əməkdaşları ilə birgə həyata keçirilən xüsusi nəzarət nəticəsində Kişinyov Beynəlxalq Hava Limanına göndəriləcək əşyalara baxış zamanı partlayıcı qurğunun hissələri olan oyuncaq avtomobilə oxşar əşya aşkar ediblər.” – bu barədə Moldova Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün təhdidlər zərərsizləşdirilib və hava limanı adi rejimdə fəaliyyətini davam etdirir.