Media: Xuloda mədəni irs abidəsi olan məscid yandırılıb

ხულოში დაიწვა მეჩეთი, რომელიც კულტურული მემკვიდრეობის ძეგლი იყო

Yanğın nəticəsində Xulo bələdiyyəsinin Satsixuri kəndində məscid yanıb. Məsciddə yanğın martın 3-də axşam saatlarında baş verib.

“Batumelebi”nin məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Satsixuri məscidi mədəni irs abidəsi statusuna malik idi. Etnoloq Ruslan Baramidzenin sözlərinə görə, “Binanın tikilmə tarixi 18-ci əsrin sonu – 19-cu əsrin əvvəlləridir. Əvvəlcə məscid Paksadze kəndində yerləşirdi, sonra sökülərək üç kənd – Paksadze, Beqleti və Didaçara arasında bölüşdürülüb. 1828-ci ildə „Didaçari Camisi” laz ustalarına verildi. Didaçaradakı bina 2002-ci ilə qədər dayandı. Yeni bina tikildikdən sonra həmin vadinin yuxarı hissəsində yerləşən Satsıxuri kəndinə təhvil verilib”.

Bina 2006-cı ildən mədəni irs abidəsi statusundadır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Tramp Konqresdə hansı məsələlərdən danışacaq?

Növbəti Məqalə

İvanişvilinin partiyası Tehran və Moskva rejimlərinin yanında yer alıb

Oxşar Xəbərlər