Menabde: Parlamentin öz səlahiyyətlərini tanıması – qanunsuzdur

“Biz artıq əminliklə deyə bilərik ki, parlamentin öz səlahiyyətlərini tanıması, yəni „Gürcü arzusu”nun bu gün edəcəyi şey qanunsuzdur”, – konstitusiyaçı Vaxuşti Menabde sosial şəbəkədə yazıb.

Menabdenin sözlərinə görə, Konstitusiya Məhkəməsi parlamentin bütün 150 deputatının mandatının qanuniliyinə baxmalıdır, bu zaman parlament məhkəməni gözləməyə məcburdur.

“Belə bir vəziyyətdə parlamentin qəbul etdiyi hər hansı qərar, təkcə səlahiyyətlərin elanı deyil, həm də qanun, büdcə, hökumətin təsdiqi qanunsuz olacaq” – Menabde yazır.

Bu dəqiqələrdə etiraz aksiyası fonunda “Gürcü arzusu” komandası parlamentin 11-ci çağırışının ilk iclasına başlayıb. Parlamentin iclasında müxalifət partiyalarından və xarici ölkələrin səfirlərindən heç biri iştirak etmir. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Papuaşvili iclasda səfirlərin olmamasına münasibət bildirib

Növbəti Məqalə

“Saxta seçkilərdən doğan parlament” toplaşmamalıdır – Rot

Oxşar Xəbərlər