Tbilisi meriyasının nəqliyyatında səslənən etiraz mahnıları və bəyanatlar səbəbindən ödəniş sistemi “problem aradan qaldırılana qədər” bağlanır.
“Şübhəli kiberhücuma görə ictimai nəqliyyatda sərnişinlərin ödəniş sistemi müvəqqəti olaraq sıradan çıxarılacaq.
İctimai nəqliyyatda quraşdırılmış və texniki dəstəyi Bank of Georgia-nın podratçı şirkətləri – MMC MS+ və MMC Azri tərəfindən təmin edilən cihazlarda nasazlıq aşkar edilir və səs yazısı işə salınır.
Problemin aradan qaldırılması üçün aidiyyatı şirkətlərin nümayəndələri operativ şəkildə işə başlayıb. Nasazlıq aradan qaldırıldıqdan sonra qurğular yaxın gələcəkdə işə salınacaq.
Bu müddət ərzində nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək”, – Meriya yazır.
Tbilisi Nəqliyyat Şirkəti ilə əlaqə saxladıq və orada bizə dedilər ki, cihazların proqram təminatına “MS+” MMC cavabdehdir.
“MS+” MMC-dən bizə bildirib ki, nəqliyyatda ödəniş maşınları üçün proqram təminatı ilə təmin etmək onların səlahiyyətinə aid deyil və buna cavabdeh olan “Azri” şirkətidir.
“Azri”nin əməkdaşları suallara cavab vermədilər və sualı elektron poçtla göndərməyimizi istədilər.
Bu gün səhər saatlarından etibarən Tbilisi avtobus və mikroavtobuslarında ödəniş aparatlarından etiraz səsi eşidilir – etiraz şüarları, siyasətçilərin bəyanatları, Gürcüstan və Avropa İttifaqının himnləri səslənir, mahnılar səsləndirilir.