“Gürcüstan Konstitusiyası hər bir vətəndaşının dini, vicdan və mülkə sahib olamq haqlarını və azadlığını tanıyır .
Gürcüstandan yaşayan hər bir vətəndaşın haqqıdır ki, öz dini ocaqlarnı tiksin və ibadət ayinlərini rahat şəkildə həyata keçirə bilsin.
Çox təssüf ki, yenə Gürcüstan müsəlmanlarına qarşı ayrı-seçkiliyi müşahidə edir və görürük.
Kolagir (Çurtavi) kənd sakinləri öz maddi imkanları hesabına, Məscid tikmək istəmələrinə, hökumət nümayəndələri tərəfindən maneə yaradılır və qarşısı alınır, bu isə Konstitusiya hüquqlarının pozulması və dini azlıqların açıq-aşkar haqqının tapdanmasıdır.
Biz bütün bu ayrı seçkiliyi qınayır, yaradılmış süni problemin tezliklə aradan qaldırılmasını istəyir və tələb edirik.
Kolagir (Çurtavi) kənd sakinləri və ölkə vətəndaşlarının dini, mədəni, mülkü haqqı və hüquqlarını tələb etmələrini alqışlayır, həmrəyliyimizi və dəstəyimizi bildiririk.” – Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədovun bəyanatı.