Metyu Miller Azərbaycanda parlament seçkiləri ilə bağlı

Dövlət Departamenti: Azərbaycanda parlament seçkiləri ilə bağlı ATƏT missiyasının narahatlıqlarını bölüşürük

Neytral.ge xəbər verir ki, Birləşmiş Ştatlar ATƏT-in müşahidə missiyasının Azərbaycanda 1 sentyabr növbədənkənar parlament seçkiləri ilə bağlı narahatlıqlarını bölüşdüyünü bildirib.

“Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun monitorinq missiyasının Azərbaycanda 1 sentyabr parlament seçkiləri ilə bağlı müşahidə və narahatlıqlarını bölüşürük”, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü baş tutan mətbuat konfransında Turan agentliyinin sualına cavab olaraq qeyd edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının (PA) birgə müşahidə missiyası növbədənkənar parlament seçkilərinin həqiqi plüralizmə imkan verməyən və rəqabətsiz yarışa səbəb olan məhdudlaşdırıcı siyasi-hüquqi mühitdə keçdiyini vurğulayıb.

ATƏT müşahidəçilərinin sentyabrın 2-də yaydığı ilkin bəyanatda seçkilərin hüquqi bazasının demokratik seçkilər üçün əlverişli olmadığı, beynəlxalq standartlara və ATƏT qarşısında götürülən öhdəliklərə zidd olaraq ifadə, birləşmə və toplaşma kimi fundamental azadlıqlara əsassız məhdudiyyətlərin hələ də qalmaqda olduğu, ATƏT DTİHB və Venesiya Komissiyasının tövsiyələrinin yerinə yetirilmədiyi qeyd edilir.

“Biz Azərbaycanı ATƏT-in əvvəlki, eləcə də qarşıdan gələn tövsiyələrini yerinə yetirməyə, Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq öz xalqının fundamental azadlıqlardan istifadə etməsinə şərait yaratmağa çağırırıq”,- Metyu Miller deyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Münhendəki İsrail konsulluğuna hücum edilib

Növbəti Məqalə

“Gürcü arzusu”nda prezident qorxusu

Oxşar Xəbərlər