Mikeladze: Əfqan Sadıqovun səhhəti pisləşib

Sosial Ədalət Mərkəzinin hüquqşünası Tamta Mikeladze sosial şəbəkədə yazır ki, Gürcüstanda saxlanılan azərbaycanlı jurnalist Əfqan Sadıqovun səhhəti pisləşib.

Mikeladzenin sözlərinə görə, Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova onunla danışarkən deyib ki, Əfqan Sadıqov artıq müstəqil hərəkət edə bilmir. 

“16 gündür ki, qanunsuz həbsdə olan azərbaycanlı jurnalist Əfqan Sadıqov həbsxanada aclıq aksiyası keçirir. Onun səhhəti çox ağırlaşıb. Cümə günü həyat yoldaşı ona həbsxanada baş çəkib və təkbaşına hərəkət edə bilməyəcəyini bildirib.

Azərbaycanda ikinci dəfə qanunsuz həbsdə olarkən 242 gün ac qalıb və bu müddət ərzində 95 kq-dan 40 kq-a qədər arıqlayıb. Onun ciddi xəstəlikləri var idi və reabilitasiya üçün bir neçə ay lazım idi. Ötən il Gürcüstana gəlməyin məqsədlərindən biri də lazımi reabilitasiya idi. Yenidən ac qalmaq onun üçün çox çətindir və zəifləmiş bədəninin bu prosesə necə dözəcəyini heç kim bilmir.

Azərbaycan nə ekstradisiya üçün müvafiq cinayət-hüquqi materialları göndərib, nə də Əfqan Sadıqov prokurorluğa təhvil verilməyib, həmin şəxs həbsxanaya atılıb”, – Mikeladze sosial şəbəkədə yazıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Mən KQB agenti ilə sendviç yedim” – Yens Stoltenberqin FT ilə müsahibəsindən

Növbəti Məqalə

Ramştayn görüşündə Ukraynaya dəstək

Oxşar Xəbərlər