Mən uzun müddətdir ki, Gürcüstanla işləyirəm və özümü Gürcüstanın dostu hesab edirəm. Bu illər ərzində gürcü xalqının Avropa İttifaqına, Avropa dəyərlərinə sədaqəti məni həmişə heyrətləndirib.
Təəssüflər olsun ki, son vaxtlar Gürcüstan hökumətinin addımlarının Avropa İttifaqına olan bu istəyini şübhə altına aldığını görürük. Mübahisəli qanunların qəbulu, hesab edirik ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətini və azlıqların hüquqlarını məhdudlaşdırmaq cəhdidir ki, bu da Avropa Birliyinin dəyərlərinə tamamilə ziddir.
Avropa institutları Gürcüstanı və onun namizəd statusunu dəstəkləyir, lakin bu, dəyişə bulər, çünki Gürcüstan hökuməti gürcü xalqının istəklərinə zidd fəaliyyət göstərir.
Bunu Avropa Parlamentində Gürcüstan məsələsinin müzakirəsi zamanı Avropa Parlamentinin üzvü, Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı qrupunun üzvü Sven Mikser deyib.