Avropa Şurasının prezidenti Şarl Mişel deyir ki, Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı araşdırma tələb edən “ciddi şübhələr” var.
“Seçkilər keçirildi. Şübhələr var. Ciddi saxtakarlıq şübhələri var və bunun ciddi araşdırmaya ehtiyacı var. Bizə hər şeyin ədalətli və şəffaf şəkildə həyata keçirildiyinə əmin olmaq üçün bu prosesə aydınlıq lazımdır. Bununla bağlı təkcə Avropada deyil, həm də dünyanın digər ölkələrində şübhələr var”, – Şarl Mişel bildirib.
O, İrakli Kobaxidze ilə dünənki görüşünə belə cavab verib:
“Mənim bu məsələ ilə bağlı fikirlərimi baş nazir İrakli Kobaxidze ilə bölüşmək imkanım olub”.