Mitinq iştirakçıları Batuminin əsas girişini bağlayıblar

Avropa gələcəyinin mühafizəçiləri Batuminin əsas girişini bağlayıblar – vətəndaşlar “Gürcü arzusu”nun Avropa İttifaqı ilə danışıqları dayandırmaq qərarına etiraz edir və İvanişvilinin komandasının anti-Avropa addımını qəti şəkildə pisləyirlər. 

Etirazın avanqardında olan insanlar mübarizəni sona qədər davam etdirəcəklərini və hakim partiyanın Gürcüstanı Rusiyanın quberniyasına çevirməsinə imkan verməyəcəklərini bildirirlər.

Məlumat üçün bildirək ki, Batumidən başqa etiraz mərkəzi Tbilisidədir. Dünən Daxili İşlər Nazirliyinin mitinq iştirakçılarına qarşı zorakılıq hərəkətlərinə baxmayaraq, vətəndaşlar yenidən Parlamentin qarşısına toplaşıblar.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Kobaxidze Aİ səfirini hədələyir

Növbəti Məqalə

“Almaniya hökuməti Gürcüstandakı hadisələri böyük narahatlıqla izləyir” – Vaqner

Oxşar Xəbərlər