Mitinqdə həbs olunan şəxsin üzərində zorakılıq izləri var

Mitinqdə həbs olunan şəxsin üzərində zorakılıq izləri var – Qiorqi Natelaşvili müayinədədir

Noyabrın 19-da Melikişvili prospektində həbs edilən Qiorqi Natelaşvili hazırda Levan Samxarauli ekpertiza Bürosunda müayinə olunur.

Vəkil deyir ki, ona polislər tərəfindən fiziki zorakılıq edilib. Nestan Londaridzenin sözlərinə görə, digər məhbuslarda da zorakılıq izləri var. 

“Dörd nəfərin maraqlarını müdafiə edən vəkil kimi iştirak edirəm. Fiziki gücdən istifadə hər dörd halda aydın görünür. Biz bunu Xüsusi İstintaq Xidmətinə vermişik. Onların bəziləri üçün müayinə planlaşdırılır və biz əlavə cavab gözləyirik”, – Netsan Londaridze deyir. 

Mitinqdə ümumilikdə 16 nəfər həbs edilib, onlardan üçü əlyazma əsasında sərbəst buraxılıb, onların arasında “Mtavari” telekanalının operatoru Serqi Baramidze də var, o da iş başında olarkən Melikişvili prospektində polis tərəfindən həbs edilib.
İstintaq təcridxanalarında saxlanılan 13 nəfər bu gün azadlığa buraxılıb. Demək olar ki, hamısı polis zorakılığını ifşa edir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

MSK sədri prokurorluqdadır – Kalandarişvili müsahibəyə gəlib

Növbəti Məqalə

Mitinqdə həbs edilən 21 yaşlı oğlanı 7 ilə qədər həbs gözləyir

Oxşar Xəbərlər