Mixail Kavelaşvilinin prezidentliyə namizədliyi irəli sürülüb

“Gürcü arzusu” prezidentliyə namizəd kimi Mixail Kavelaşvilini irəli sürüb. Bu barədə Bidzina İvanişvili çoxluq və siyasi şuranın iclaslarından sonra məlumat verib.

Gürcüstan parlamentinin qərarına əsasən, 300 seçici 2024-cü il dekabrın 14-də Gürcüstanın növbəti prezidentini seçəcək.  Dekabrın 29-u prezidentin andiçmə mərasiminin keçiriləcəyi tarix adlandırılıb.

“Xatırladırıq ki, prezident 5 illik müddətə seçilir. 2017-ci ildə prezidentin seçilməsi proseduru dəyişdi, indi prezident 300 nəfərdən ibarət kollegiya tərəfindən seçiləcək, hazırkı prezidentin səlahiyyət müddəti dekabrın 16-da başa çatır”. – parlamentin sədri Şalva Papuaşvili plenar iclasda bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İsrail və Hizbullah arasında atəşkəs razılaşmasına nələr daxildir?

Növbəti Məqalə

Narsia: Adınızda heçnə olmamalıdır

Oxşar Xəbərlər