Mixail Saakaşvili bəyanat yayır

Mixail Saakaşvili dövlət qulluqçularına müraciət edərək onları 26 oktyabr seçkilərindən sonra gələcəyə baxmağa çağırır.

Neytral.ge xəbər verir ki, “Birlik Milli Hərəkatın” seçkilər üzrə sözçüsü Levan Sanikidze ictimaiyyətə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin müraciətini təqdim edib.

“Mən sizə dövlət institutlarının yaradıcısı və Gürcüstan dövlət qulluqçularının tərəfdarı kimi müraciət edirəm. Dövləti dağıdan İvanişvili sizi qorxudur ki, müxalifət gəlsə, repressiyalara məruz qalacaqsınız, işinizi itirəcəksiniz. Oliqarx həmişə olduğu kimi yalan danışır. Yeni hökumət dövründə heç bir məqsədyönlü ixtisarlar olmayacaq, üstəlik, maaşınız kəskin artacaq və işiniz daha da prestijli olacaq, bu, polis əməkdaşlarına, nazirliklərin və yerli özünüidarəetmə orqanlarının işçiləri, müəllimlərə aiddir. Yeganə şərt odur ki, seçkiləri saxtalaşdırmaq üçün nəzərdə tutulmuş əmrlərə tabe olmayasınız, polis məsələsində isə qan tökməyin, zorakı, qanunsuz əmrlərə tabe olmayasınız. Oktyabrın 26-dan sonra biz hamımız gələcəyə baxmalı və keçmişin üzərində dayanmağı dayandırmalıyıq. Bu keçiddə hər bir dövlət qulluqçusunun iştirakı həlledicidir!”, – Mixail Saakaşvilinin müraciətində deyilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Boçorişvili Helsinki Komissiyasının bəyanatı ilə bağlı

Növbəti Məqalə

Saakaşvili: VMH-ın yeni dalğasına çoxlu yeni insanlar qoşulur

Oxşar Xəbərlər