Estoniya parlamentinin xarici əlaqələr komitəsinin sədri Marko Mixelson yazır ki, Moldovada prezident seçkiləri azad, Gürcüstanda isə parlament seçkiləri ədalətsiz və saxtalaşdırılıb.
O, bu barədə X-də yazır.
“Moldova ilə Gürcüstandakı seçkilər arasında nə fərq var? Moldovada seçkilər azad, Gürcüstanda isə saxta və ədalətsiz keçirilib”. – Mixelson yazır.
Xatırladiriq ki, Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 99,86 faizi hesablandıqdan sonra Maya Sandu qalib gəlib. Onun namizədliyini seçicilərin 55,41 faizi dəstəkləyib, Aleksandr Stoyanoqlo isə 44,59 faiz səs toplayıb.