Monqolustan üzr istədi

Monqolustan hakimiyyəti Rusiya Prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs edə bilməyəcəyinə görə üzr istəyib.

Hökumət rəsmisi bunu ölkəsinin enerji asılılığı və neytrallığı ilə izah edib:

“Hər kəsdən üzr istəyirik, əlimiz bir az bağlıdır”.

Neytral.ge xəbər verir ki, bu barədə sentyabrın 3-də “Politico” nəşri hökumətin Ulan-Batordakı nümayəndəsinə istinadən yazıb.

“Monqolustan neft məhsullarının 95 faizini və elektrik enerjisinin 20 faizindən çoxunu qonşu ölkələrdən idxal edir. Bu təchizatlar bizim və xalqımızın varlığını təmin etmək üçün çox vacibdir”, – deyə Monqolustan rəsmisi “Politico”ya bildirib.

O əlavə edib ki, Monqolustan bütün diplomatik münasibətlərində həmişə neytrallıq siyasətini davam etdirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İran prezidenti Güney Azərbaycanın sərvətlərinin talandığını etiraf etdi

Növbəti Məqalə

İran Rusiyaya qəzəblənib

Oxşar Xəbərlər