Moskvada atışma nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Moskvada Wildberries ofisi yaxınlığında atışma nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

KİV-in məlumatına görə, sentyabrın 18-də Moskvada “Wildberries” şirkətinin baş ofisində baş verən atışma nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hadisə şirkətin qurucusu Tatyana Bakalçukun keçmiş əri Vladislav Bakalçukun rəhbərlik etdiyi silahlı qruplaşmanın zorla binaya girməyə cəhd etməsindən sonra baş verib.

Wildberries Rusiyanın ən böyük onlayn ticarət şirkətlərindən biridir.

Neytral.ge xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə ilə bağlı araşdırma aparılır. Rusiyanın “İnterfaks” nəşrinin məlumatına görə, atışma nəticəsində iki polis də yaralanıb, 30-a yaxın adam həbs edilib.

Məlumata görə, qarşıdurma Vladislav Bakalçukun başçılıq etdiyi bir qrup şəxs binaya girməyə cəhd etdikdən sonra başlayıb.

Rusiyanın “Mash” təbliğat mediası tərəfindən yayılan videoda atışma və qışqırıq səsləri ilə müşayiət olunan qarşıdurmanın görüntüləri əks olunub.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Dolidze Qaxariya haqqında

Növbəti Məqalə

Kesariya Abramidze öldürüldü

Oxşar Xəbərlər