Kobaxidzenin fərmanına əsasən, MSK sədri Kalandarişviliyə dövlət mühafizəsi təyin edib
Baş nazir İrakli Kobaxidzenin 10 oktyabr tarixli fərmanına əsasən, MSK sədri Qiorqi Kalandarişviliyə dövlət himayəsi verilib.
“2024-cü il oktyabrın 26-da Gürcüstan parlamentinə keçiriləcək növbəti seçkilərlə əlaqədar dövlət mühafizəsi zəruri şərtlər bitənə qədər Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri – Qiorqi Kalandarişviliyə həvalə edilməlidir.
Mühafizə tədbirlərinin həyata keçirilməsini dövlət mühafizəsinin xüsusi xidməti təmin edir”, – sənəddə deyilir.