Müharibədən yayına bilərdik – Stoltenberq

Müharibədən əvvəl Ukraynaya hərbi texnika verməklə biz müharibədən yayına bilərdik – Stoltenberq

Neytral.ge xəbər verir ki, NATO-nun baş katibi vəzifəsini icra edən Yens Stoltenberq Almaniyanın Frankfurt Allgemeine Zeitung (FAZ) nəşrinə müsahibəsində bildirib ki, alyans müharibədən əvvəl Ukraynaya hərbi texnika verməklə müharibədən yayına bilərdi. 

İndi biz müharibə üçün hərbi texnika veririk, müharibənin qarşısını almaq üçün hərbi texnika əvvəl də verə bilərdik”. – Stoltenberq nəşrlə danışarkən deyib. 

Stoltenberq qeyd edib ki, NATO Rusiya ilə gərginliyi artırmaqdan qorxduğu üçün müharibə başlamazdan əvvəl Kiyevə silah verməkdən yayınıb. 

Alyansın baş katibinin sözlərinə görə, Ukraynanın mövqeyini gücləndirməklə və bu əsasda Rusiya ilə danışıqlar aparmaqla Ukraynadakı müharibəyə son qoymaq olar. 

Bu müharibəyə son qoymaq üçün müəyyən mərhələdə Rusiya ilə dialoq hələ də zəruri olacaq, lakin bu, Ukraynanın gücünə əsaslanmalıdır”. – Stoltenberq bildirib. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İvanişvili Rusiya ilə ticarətin faydası haqqda

Növbəti Məqalə

Medvedev Kiyevi hədələyir

Oxşar Xəbərlər