Münhendəki İsrail konsulluğuna hücum edilib

1972-ci ildə Münhen terrorunun 52-ci ildönümündə Münhendəki İsrail konsulluğuna hücum edilib

İsrailin “Times Of Israel” nəşrinin məlumatına görə, 1972-ci ildə Münhen Olimpiya Oyunlarında terror aktının 52-ci ildönümündə silahlı şəxs Münhendəki İsrail konsulluğuna hücum edib. 

Neytral.ge xəbər verir ki, məlumatı İsrail Xarici İşlər Nazirliyi təsdiqləyib. Konsulluğun yaxınlığında tapançadan bir neçə dəfə atəş açan hücumçu artıq Almaniya təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib. 

Atışma zamanı İsrail diplomatları və konsulluqda çalışan işçilər xəsarət almayıb. 

Məlumat üçün bildirək ki, 1972-ci il Olimpiya Oyunları zamanı “Qara sentyabr” terror qruplaşması ilə əlaqəsi olan 8 fələstinli Münhendə israilli olimpiya idmançılarını girov götürərək, İsrail və Almaniya həbsxanalarında olan fələstinli məhbusların azad edilməsini tələb ediblər. Alman polisi ilə terrorçular arasında baş verən silahlı qarşıdurma nəticəsində terrorçular 11 israilli idmançını və bir alman polisini öldürüblər. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Andrey Sibiqa Ukraynanın xarici işlər naziri oldu

Növbəti Məqalə

Metyu Miller Azərbaycanda parlament seçkiləri ilə bağlı

Oxşar Xəbərlər