“Qalib gəldiyimizi unutmayın. Avropayönlü müxalifət milyon yarımdan çox səs toplayıb. Gürcüstan parlamenti və hökuməti xalqındır”.
Neytral.ge xəbər verir ki, bu barədə “Güclü Gürcüstan” liderlərindən biri Ana Dolidze bildirib.
“Biz seçim hüququndan məhrum edilmiş insanları dəstəkləməliyik. buna görə də mən indi Marneuliyə, Kvemo Kartliyə gedəcəyəm, Gürcü Arzusu tərəfindən girov götürülən insanlarla görüşüb onları ruhlandıracağam”. – sosial şəbəkədə Ana Dolidze yazır.