Parlament müxalifətinin əksəriyyəti plenar iclasları boykot etdiyini bəyan edib. Bu gün payız sessiyası açılıb.
Neytral.ge xəbər verir ki, Parlamentin sədri Şalva Papuaşvili boykotla bağlı onlara bir neçə məktub daxil olduğunu bildirib.
“Vahid Milli Hərəkat” fraksiyası, “Milli və demokratik dövlət naminə” siyasi qrupu, avrooptimistlər, “Azadlıq” siyasi qrupu, “Lelo” siyasi qrupu, “Vətəndaşlar” siyasi qrupu və “İslahatlar” siyasi qrupu bugünkü iclaslarda iştirak etməyib.
“Çox güman ki, həmkarlar hansısa konfransda əcnəbilərlə bir yerdədirlər. Onlar yəqin ki, gürcü xalqına xidmət etməkdənsə, konfransa qatılaraq Gürcüstanı oradan pisləməyə üstünlük veriblər”, – Papuaşvili bildirib.
Hakim partiyanın bu həftə LGBT əleyhinə və amnistiya qanunlarını müzakirə etməsi planlaşdırılır.