“Biz qəhrəmanla xarici tapşırığın icraçısı, yəni bilavasitə icraçı arasında fərq qoymalıyıq.
Mzia xanım bunu tapşırıldığı kimi etmədisə, kimsə onu həvəsləndirdisə və onun nə iş gördüyündən xəbəri yoxdusa, deməli, onun nə jurnalistikadan, nə də ölkədən, heç nədən xəbəri yox idi.
İki variant var – ya bilə-bilə bilavasitə əmrlə hərəkət edib, ya da onu sadəcə olaraq kimlərsə həvəsləndirib bu rola atıblar… yəni nə etdiyindən belə xəbəri olmayıb. Bu, inanılmaz hekayədir, biri və digəri zərərlidir” – İvanişvilinin nümayəndəsi Mamuka Mdinaradze həbsxanada 23-cü gündür aclıq aksiyası keçirən Netgazet və Batumeli-nin yaradıcısı Mzia Amaqlobeli haqqında deyir.