Mzia Amaqlobelinin səhhəti ilə bağlı suala Sarcveladze cavab vermədi

İvanişvili hökumətinin səhiyyə naziri Mixeil Sarcveladze jurnalistlərin Mzia Amaqlobelinin səhhəti ilə bağlı suallarını cavablandırmayıb. Netgazeti və Batumelebi-nin qurucusu Mzia Amaglobeli 16-cı gündür həbsxanada aclıq aksiyası keçirir.

Jurnalistlər otellərdən birində tədbirə gələn Sarcveladze ilə görüşüb və ondan Mzia Amaqlobelinin səhhətinin vəziyyəti ilə maraqlanıblar. Sarcveladze suala cavab verməyib və tənqidi media nümayəndələrinə “tamaşa” keçirmək istədiklərini bildirib.

“Siz işləmirsiniz, siyasi fəallıqla məşğulsunuz. Şübhəli adamlarsınız. Mənim sizə qarşı sinizmdən başqa necə bir şey ola bilər?. Sizdə bundan incimək üçün kifayət qədər ləyaqət və ya bir şey varmı?” – Sarcveladze Amaqlobelinin səhhətinin vəziyyəti ilə bağlı ondan soruşanlardan biri olan “Mtis Ambebi” nəşrinin redaktoru Qela Mtivlişviliyə deyib.

Xatarladaq ki, Mzia Amaglobelinin aclıq aksiyasına başlamasının 16-cı günüdür.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İvanişvilinin baş naziri Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşüb

Növbəti Məqalə

Xazaradze: Amaqlobeliyə və rejimin bütün siyasi məhbuslarına böyük hörmət və dəstəyimi bildirirəm!

Oxşar Xəbərlər