Məsut Özil Ərdoğanın partiyasının Mərkəzi Şurasının üzvü olub

Türkiyə əsilli məşhur alman futbolçu Məsut Özil hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Şurasının üzvü olub. Partiyanın lideri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandır. 

Futbolçu illərdir Türkiyə prezidenti ilə yaxınlığını gizlətmir.

2023-cü ildə Türkiyə parlament seçkiləri zamanı türk əsilli almaniyalı məşhur futbolçu Məsud Özil AKP-nin deputat siyahısında olub. 

Onu da qeyd edək ki, 2019-cu ildə Ərdoğan Özilin toyunda toy şahidi kimi çıxış edib.

Məsut Özil futbolçu karyerasını 2023-cü ildə başa vurub. Yarımmüdafiəçi müxtəlif vaxtlarda “Real Madrid”də və Londonda “Arsenal”da çıxış edib. Eyni zamanda Almaniyanın Gelzenkirxen şəhərində anadan olan Özil Almaniya millisində 92 oyun keçirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Daxili İşlər Nazirliyi: Qoridə iki nəfəri adam öldürməyə cəhd ittihamı ilə həbs etdik

Növbəti Məqalə

Kobaxidze: Bu, Ukrayna tarixində faciəli tarixdir

Oxşar Xəbərlər