“Tövhidçi deyilənlər və guya dəyərlərin müdafiəçiləri! Onlar nə qiyaməti, nə qəbri, nə ailəni, nə də ümumiyyətlə vətəni tanımırlar, nə də onun həqiqi sərhədlərini bilmirlər. nə də özlərinin və qonşusunun torpaqları arasında fərqi… və bütün bunlara baxmayaraq, bəziləri dost və düşmən arasında dəyərsiz bərabərlik işarəsi qoyurlar!”
Prezident Salome Zurabişvili sosial şəbəkədə yazıb və Gürcüstan vətəndaşı Ramaz Beğelurinin işğalçılar tərəfindən qaçırılmasına münasibət bildirib. Xatırladırıq ki, Beğeluri aprelin 29-da qaçırılıb. O, artıq beşinci dəfədir ki, qanunsuz həbsdədir. Məlumata görə onu işğal xəttinin yaxınlığında ölmüş qardaşının məzarını təmizləyərkən həbs ediblər.