Narkotik ittihamı ilə 2 nəfər həbs edilib – Polis axtarış zamanı “heroin” və “qurudulmuş marixuana” aşkar edib.
İki nəfər qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması, satışı və satışına cəhddə ittiham olunaraq həbs edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxslərin şəxsi və yaşayış evlərinə baxış zamanı onların göstərdikləri yerlərdən narkotik vasitə olan “heroin” və “qurudulmuş marixuana” maddi sübut kimi götürülüb.
“Daxili İşlər Nazirliyinin Kaxeti RPİ-nin İstintaq və Əməliyyat-axtarış bölmələrinin, eləcə də Laqodexi Rayon Polis Şöbəsinin əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri əməliyyat tədbirləri və istintaq-əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməkdə təqsirli bilinən 2 nəfəri həbs ediblər.
Aşağıdakılar narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, satışı və satışına cəhd ittihamı ilə həbs ediliblər: 1999-cu il təvəllüdlü Q.K. və əvvəllər bir neçə dəfə məhkum olunmuş 1956-cı il təvəllüdlü Q.M.
Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 260, 273 və 19-273-cü maddələri ilə araşdırma aparılır” – məlumatda deyilir.